“Azərbaycan və Avropa İttifaqı arasındakı danışıqlarda fikir ayrılıqları var” – Komissar Ottinger

    3

    “Ümid edirəm ki, Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş gələn il hazır olacaq”.

    Hurriyyet.org xəbər verir ki, bu sözləri Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ADA Universitetində tələbələrin suallarını cavablandırarkən deyib. Ottinger bildirib ki, hazırda Azərbaycanla yeni saziş üzrə danışıqlar davam edir və bu günlərdə danışıqların növbəti mərhələsi olub: “Bir çox məsələlər barədə razılıq əldə edilib. Lakin bu, kompleks danışıqlardır. Bəzi fikir ayrılıqları var və bu, əsasən ticarətlə bağlıdır. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olsaydı, daha asan olardı. Avropada 6 komissarın mandatı gələn ilin oktyabrında bitir. Biz və Azərbaycan hökuməti çalışacağıq ki, o zamana kimi saziş hazır olsun. Həmin il həm də aramızda mövcud olan Əməkdaşlıq və Tərəfdaşlıq Sazişinin 20 illiyi qeyd ediləcək. Ümid edirəm, gələn il bu saziş hazır olacaq”./apa/