Azərbaycan radiosunda Bədii Şura yaradıldı

    21

    “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində Azərbaycan Radiosunda Bədii Şura yaradılıb.

    Bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Məlumata görə, Bədii Şuranın tərkibi də artıq müəyyən olunub. Bunlar aşağıdakı şəxslərdir:

    Rəşad Nəsirov – AzTV – nin sədr müavini

    İlham Rəhimli – “Mədəniyyət” kanalı Proqram direktorunun müavini

    Eldost Bayramov – Diktor

    Ələmdar Quluzadə – “Uşaq verilişləri” redaksiyasının baş redaktoru

    Şəfəq Əlizanlı – “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru

    Qorxmaz Şıxalıyev -“Səhər” redaksiyasının baş redaktor müavini

    Rövşən Ramazanlı – “Xəbərlər” redaksiyasının baş redaktor müavini.
    Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən AzTV-də artıq 8 aydır ki TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə toplanır və müzakirələr aparır.

    Bildirilir ki, radioda yaradılan Bədii Şura da 2 aydan bir toplanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.

    Qeyd edk ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də yeni mövsümdə daha bir sıra yeniliklərə start verilir.