Azərbaycan ordusunun təlimləri Ermənistanda əks-səda yaratdı

    9

    Erməni politoloq hakimiyyətə ölkəsinin silahlı qüvvələrini 1 nömrəli hazırlıq vəziyyətinə gətirməyə çağırdı

    Ermənistanın hərbi ekspertlərindən Van Ambarsumyan Azərbaycan ordusunun təlimləri fonunda Paşinyan iqtidarını ordunu ən yüksək hazırlıq səviyyəsinə gətirməyə çağırıb.

    Van Ambarsumyan hətta bu təlimləri Azərbaycanın hərbi səfərbərliyi kimi qələmə verib.

    Onun sözlərinə görə, Azərbaycan həmişə öz hərəkətlərinə gözlənilməzlik faktoruna üstünlük verib və Ermənistan hər an hücuma hazır olmalıdır.

    “Ermənsitan rəhbərliyi başa düşməlidir ki, istənilən müharibə rezervlərin səfərbər edilməsindən başlayır. Azərbaycan isə öz qüvvələrini məharətlə gizlədərək və maskalayaraq öz ehtiyatlarını cəlb etməyi bacarır.

    Erməni ekspert bununla bağlı olaraq hərbi təlimlərdə “Polonez” tipli reaktiv yaylım atəş sistemlərinin istifadə olunmasına diqqət çəkib.

    Van Ambarsumyan Azərbaycanın sərhədində yerləşən Tavuş əyalətinin Voskepar kəndini atəşə tutduğunu iddia edərək ehtiyatlı olmağa çağırıb. “Azərbaycan həmişə Rusiya ətrafındakı gərgin stuasiyadan istifadə edərək təlimlərə başlayır. Eyni siyasəti biz Ukrayndakı hadisələrin qızışdığı dövrdə müşahidə edə bilərik”,-deyə o qeyd edib.

    Xatırladaq ki, hələ ötən ilin bu vaxtı eyni hərbi ekspert Azərbaycan ordusunun İrəvana qədər gedə bilmək gücünün olduğunu söyləmişdi

    Xəbər verildiyi kimi, Azərbaycan ordusu əvvəlcədən hazırlanmış plana əsasən, komanda-qərargah təlimləri keçirir. Martın 6-dək davam edəcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq./musavat.com/