Azərbaycan məhsulları Nigeriya marketlərində – FOTO

    18

    Nigeriyanın prestijli “La Pounte” supermarketində “Made in Azerbaijan” brendi ilə Azərbaycan məhsullarının satışına başlanılıb.

    Hurriyyet.org xəbər verir ki, bu barədə AZƏRTAC-a Nigeriyada Azərbaycanın Dostları Təşkilatının rəhbəri Billurə Bayramova-Bernard deyib.

    Qeyd edək ki, Azərbaycan məhsulları xarici bazarlarda “Made in Azerbaijan” brendi ilə satışa çıxarılır. Məqsəd “Made in Azerbaijan” brendini xarici bazarlarda təşviq etməkdir.