“Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir” – Zakir Həsənov

27

“Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan da eyni dəstəyi Gürcüstan tərəfindən bütün beynəlxalq qurumlarda görür: “Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq planı imzalanıb. Sənəddə birgə təlimlər və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub”.

Z.Həsənov Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.