“Azərbaycan daha gözləmək fikrində deyil” – HƏRBİ EKSPERTDƏN MARAQLI AÇIQLAMA

    12

    Üzeyir Cəfərov: “Qarabağla bağlı tarixi şansı çox doğru və düzgün dəyərləndirməliyik”

    “Bəlkə də tarix Azərbaycana bir daha 2018-ci ilin may ayında, bu günlər, bu saatlar ərzində yaratmış olduğu kimi Qarabağla bağlı unikal və çox əlverişli bir situasiyanı yaratmayacaq. İnanın ki, bütün təhlillər, bütün proqnozlar onu deməyə əsas verir ki, biz bu məqamı da əldən vermiş olsaq, vallah, daha yaxın dönəmlərdə, nə vaxtsa belə bir unikal şansın olacağını sadəcə ağlıma belə gətirə bilmirəm”. Bu fikirləri hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov qeyd edib.

    “Rusiyanın xilası Azərbaycanın əlindədir. Bəli, bəli! Məhz Cənubi Qafqazda əlindən çıxmaqda olan Ermənistanın yenidən Moskvanın təsir və təzyiq dairəsinə qaytara biləcək yeganə real imkan Azərbaycan dövləti və onun Silahlı Qüvvələri ola bilər. Və mən bir qədər irəliyə gedərək demək istəyirəm ki, biz tarixi şansı çox doğru və düzgün dəyərləndirməliyik”, -deyə ekspet hesab edir.

    Ü. Cəfərov diqqətə çatdırıb ki, Ermənistanın altını üstünə çevirən, yaxşı-pis həyatlarını cəhənnəmə döndərən və hələ may ayının 8-nə kimi daha hansı hoqqalardan çıxacaq qatı radikal erməni yaramazlarından biri saydığı Nikol Paşinyan və onun yaxın ətrafı həm Azərbaycana, həm də Rusiyaya belə bir tarixi şansı verdi ki, biz məhz 2018-ci ilin may ayının, özü də 8 may tarixinə kimi, bənzərsiz və qeyrət qalamız saydığımız Şuşanın işğal olunduğu gününədək Qarabağın İşğaldan tam geri qaytarılması günü kimi qeyd edək: “Srağagün Paşinyan Qarabağla bağlı başından çox böyük qələtləri etdi. Bu adam faktiki hakimiyyətdə olmaya -olmaya dünən biz Azərbaycanlıları təhiqir etməyə çalışdı ki, guya Qarabağ məsələsinin bir həlli yolun bu alçaq tanıyır, bu da Azərbaycanın Qarabağın müstəqilliyini tanıması yoludur?! Ay sən öləsən Paşinyan və sənin erməni qatı millətçi, separatçı tərəfdarların! Srağagün o, bir daha Rusiyaya, dünya birliyinə bəyan etdi ki, heç kəs ondan zərrə qədər ağıllı siyasət gözləməsin. Onun srağagün tülkücəsinə “ay Rusiya bizim strateji müttəfiqimizdir, ay KTMT belə gəldi, Avrasiya İttifaqı belə getdi” kimi süni bəyanatları da müvəqqəti və hakimiyyətə gəlmək üçün səsləndirdiyi fikirlərdir”.

    “Xarici İşlər Nazirliyi son dərəcə çevik və operativ olaraq bəzi işləri artıq görməlidir”

    Картинки по запросу üzeyir cəfərov

    Ekspertin fikrincə, Ermənistan Rusiyanın əlindən çıxır: “Bəlkə də, tam əminliklə demək olar ki, yaxın saatlarda, yaxın günlərdə tam çıxacaq. Ona görə də Rusiyanın siyasi-hərbi rəhbərliyi, başda Putin-Şoyqu cütlüyünə diplomatik, ya açıq şəkildə deməyin vaxtıdır ki, Azərbaycan Qarabağla bağlı daha gözləmək fikrində deyil. Qoy nə qədər istəyirlər bivec ATƏT-in Minsk qrupunda, BMT-də və digər qurumlarda donquldasınlar. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bizim Xarici İşlər Nazirliyi son dərəcə çevik və operativ olaraq bəzi işləri artıq görməlidir”.

    “Azərbaycanın Silahlı Qüvvələri 2018-ci ilin may ayını tarixə qızıl hərflərlə yaza bilər”

    “Ürək parçamız olan Qarabağımız Azərbaycanından vaxtında addımlar atılmasını həm gözləyir, həm də tələb edir!

    Məni qınasanız da, söysəniz də, ƏSL VAXTDIR deyirəm.

    Haydı, Azərbaycanım mənim! Sənin Silahlı Qüvvələrin 2018-ci ilin may ayını TARİXƏ QIZIL HƏRFLƏRLƏ yaza bilər və YAZMALIDIR.

    Tanrı Azərbaycanımızı və onun Silahlı Qüvvələrini QORUSUN!”,- deyə Ü.Cəfərov vurğulayıb

    CAVİD, Hurriyyet.org