Azərbaycan Cənubi Sudana sülhməramlı göndərəcək – Milli Məclis razılıq verdi

    36

    Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın Cənubi Sudana sülhməramlı göndərməsi məsələsinə baxılıb.

    Hurriyyet.org xəbər verir ki, bu barədə parlament sədrinin birinci müavini Ziyafət Əsgərovməlumat verib.

    Qeyd edilib ki, parlament Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində BMT-nin komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verib.

    Hərbi qulluqçularımızın 2019-cu ilin yanvar ayında Cənubi Sudanın paytaxtı Cuba şəhərinə ezam olunması nəzərdə tutulub.