Azərbaycan XİN Türkiyəni təbrik etdi

24

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Türkiyəni Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə təbrik edib.
Hurriyyet.org xəbər verir ki, təbrikin mətni nazirliyin rəsmi “Twitter” hesabından paylaşılıb.

Təbrikdə qeyd olunur: “Bu gün Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kemal Atatürkün Milli Mübarizə hərəkatı üçün Samsuna yürüşünün 101-ci ildönümüdür. Sağlamlıq və hüzur dolu ildönümləri diləyi ilə, 19 Mayıs Atatürk’ü Anma, Gençlik ve Spor Bayramın kutlu olsun, kardeş Türkiye”.