XİN Qarabağla bağlı bəyanat yaydı

    9

    Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti beynəlxalq hüququ kobud şəkildə pozduğuna görə Ermənistanı qınamağa və BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin yerinə yetirilməsini tələb etməyə çağırır. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyü və suverenliyi əsasında həll oluna bilər. Azərbaycan Respublikası münaqişənin siyasi yolla nizamlanmasına nail olunması və regionda sülh və ədalətin təmin olunması üçün səylərini əsirgəməyəcək.