“Azarkeşlərə çempionluq hədiyyə etmək istəyirik”

180

“Bir ildir ailəmi görmürdüm. Mənim üçün çox çətin idi. Gedib hamını – atamı, anamı, nişanlımı gördüm”. Bu fikirləri “Neftçi”nin futbolçusu Saman Nərimancahan klubun televiziyasına açıqlamasında deyib.

Qış fasiləsi zamanı ölkəsinə yollanan iranlı yarımmüdafiəçi yaxşı dincəldiyini bildirib: “Meydanda əlimdən gələni edib, komandama köməklik göstərmək istəyirəm. Hazırda 1-ci yerdəyik. Azarkeşlərimizə çempionluq hədiyyə etmək istəyirik”.

Sosial şəbəkələri izlədiyini deyən oyunçu azarkeşlərin tənqidinə cavab verib: “Hamının fikrinə hörmətlə yanaşıram. Bəzən onlar da haqlı olaraq irad bildirirlər. Hər zaman ən yaxşı performansımı göstərməyə çalışıram. Bəzi şeylər səndən asılı olmayaraq, qarşını kəsə bilər. Amma mən keçmişə yox, gələcəyə baxıram”.