AZAL ABŞ-a uçuşları müvəqqəti dayandırdı

    12

    "Azərbaycan Hava Yolları" QSC (AZAL) fevralda Bakıdan ABŞ-ın Nyu-York şəhərinə uçuş həyata keçirməyəcək. 

    Bu barədə “Report”a Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bildirilib.

    Məlumata görə, fasiləyə səbəb bu istiqamətdə aviareysə tələbatın az olmasıdır. 

    ABŞ-a uçuşlar martdan bərpa ediləcək.