AZAL Ermənistanın təxribatlarını beynəlxalq uçuşlara təhlükə sayır

57

Ermənistan silahlı qüvvələri son günlər ərzində uzaqməsafəli təsir radiuslu raketlər tətbiq etməklə Azərbaycanın ərazisini intensiv atəşə tutmaqda davam edir ki, bu da Azərbaycanın hava məkanından keçməklə beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün ciddi təhlükə yaradır.

Ermənistanın mülki obyektlərə hücumu beynəlxalq humanitar hüquq normalarını, xüsusilə, Cenevrə Konvensiyasının müddəlarını kobud şəkildə pozur. Bu hücumlar Ermənistan tərəfindən dövlət səviyyəsində terror aktlarının həyata keçirildiyini bir daha təsdiq edir.

“Azərbaycan Hava Yolları” QSC-nin məlumatında bildirilir: “Ermənistan tərəfinin qanunsuz hərəkətləri bizi ciddi narahat edir və bütün dünya ictimaiyyətini Ermənistanı bütün beynəlxalq qayda və normalara zidd olan bu cür addımlardan çəkindirməsinə çağırırıq”.

Musavat.com