AZAL-dan Türkiyəyə gedənlərə XƏBƏRDARLIQ

90

Türkiyəyə giriş qaydalarına əsasən Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən az 180 gün ərzində etibarlı olmalıdır.

Musavat.com xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin  (AZAL) sərnişinlərə müraciətində bildirilir.

“AZAL-ın xüsusi reysləri ilə Türkiyənin İstanbul şəhərinə səyahət edərkən, pasportunuzun müddətini bir daha yoxlamağı tövsiyə edirik”, – deyə qurum bəyan edib.