Azad Əsgərov karantin qaydalarını pozub? – AÇIQLAMA

96

Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərovun karantin qaydalarını pozmasına dair xəbər yayılıb.

Qurum rəhbəri yayılan məlumatları təkzib edib.

“Bu xəbərlərin heç bir əsası yoxdur. Federasiyanın idman zalı martın 2-dən bağlanıb. Biz karantin rejiminin qaydalarına xüsusi olaraq riayət edirik. Hətta bununla bağlı çağırış edərək, #bizbirlikdəgüclüyük, #evdeqal şüarı altında sosial çarx da hazırlamışıq. Mənim rəhbər şəxs olaraq qaydalara necə əməl etməyə bilərəm?” – deyə A.Əsgərov qeyd edib.\\Qafqazinfo