“Azərxalça” sədrinin “arif” oğlu da istefa ərizəsi yazdı

267

Ölkədə hamı “atasının balası” olduğundan məsuliyyət də kollektivdir. Atan vəzifədədirsə, sən də vəzifəyə gəlirsən. Atan vəzifədən çıxdımı,  üzü sulu getsən yaxşıdır.

Ovqat.com-un əldə etdiyi məlumata görə, ”Azərxalça”nın həbs edilən sədrinin oğlu, polis polkovniki Cavid Muradov da bu incə nüansları vaxtında anlayan arif adam kimi istefa ərizəsi yazıb.

Polis polkovnikinin Səbail Rayon Polis İdarəsinə rəhbərlik etdiyi bildirilir.

Cavid Muradov bu vəzifəyə 2019-cu ilin ilk günlərində təyin olunmuşdu.