“Azərsu”yun Dünya Bankına borcu 30% azalıb

57

“Azərsu” ASC-nin faiz hesablanan kredit və borc öhdəliyi bu il yanvarın 1-nə 247,11 milyon manat təşkil edib.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,5% çoxdur.

Hesabat dövründə “Azərsu”yun Maliyyə Nazirliyinə borcu 20,4% artaraq 109,259 milyon manat, Almaniyanın dövlət bankı KfW-yə borcu 3,7% azalaraq 58,35 milyon manat, Fransanın korporativ və investisiya bankı “Natixis”ə borcu 11,1% azalaraq 39,583 milyon manat, Dünya Bankına borcu 30% azalaraq 24,362 milyon manat, Asiya İnkişaf Bankına (ADB) borcu 21% artaraq 15,483 milyon manat, “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) borcu isə dəyişməyərək 73 min manat olub.

Səhmdar cəmiyyətinə borcu Maliyyə Nazirliyi faizsiz, KfW illik 0,75%-lə, “Natixis” illik 2,45%-lə, Dünya Bankı illik 0,75%-lə, ADB illik 2,5%-lə, ABB isə illik 1%-lə verib.