“Azərişıq” Şuşa məscidinə işıq çəkib

213

“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatı istiqamətində işləri davam etdirir.

“Report” xəbər verir ki, Cəbrayıl rayonundan sonra Şuşada da səhmdar cəmiyyətinin hesabına işıq yanmağa başlayıb.

Bunu Şuşa məscidinin işıqlandırılması ilə bağlı yayılmış kadrlardan görmək mümkündür.

“Azərişıq”dan bildirilib ki, Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir: “Yaxın günlərdə digər ərazilərimzdə də Azərbaycan işığı yanacaq.

Qarabağ Azərbaycandır!”