Azərbaycanlılar Kanadanın hökumət rəsmilərinə bəyanat ünvanlayıb

63

Kanadada yaşayan soydaşlarımız erməni təxribatına etiraz edərək hökumət nümayəndələrinə, parlament üzvlərinə və digər yerli səlahiyyətli şəxslərə bəyanatlar ünvanlayıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatlarda Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayət faktları sadalanıb, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirmədiyi, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığı, təxribatçı hərəkətlərini davam etdirməklə regionda daha da təhlükəli vəziyyət yaratdığı qeyd edilib.

Dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çağırış edilərək regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinin işğal edilmiş Azərbaycan torpaqlarından dərhal çıxarılmasına təsir göstərilməsi istənilib.