Azərbaycanlılar ABŞ-dakıseçki prosesini izləmir – səbəb…

84

Amerikada noyabrın 3-də keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca mübarizə gərgin fazaya keçməkdədir. Artıq yarışacaq namizədlər məlumdur. Bunlar hazırkı prezident, respublikaçıların namizədi Donald Tramp və ölkənin keçmiş vitse-prezidenti, demokratların iddiaçısı Co Baydendir.

ABŞ seçkiləri qızğın mərhələyə qədəm qoyaraq, ənənəvi şəkildə davam etsə də, ona münasibətdə Azərbaycanda yenilik müşahidə olunur. Belə ki, ötənlərdə bu ölkədəki seçki prosesi maraqla izlənilirdi. Ən çox müxalif düşərgəni Amerikada kimin prezident olacağı maraqlandırırdı. Amma indi ölkədə kimsə ABŞ-dakı seçkilərə maraq göstərmir.

Bunun səbəbi haqda ümumi rəy bundan ibarətdir ki, artıq müxalif düşərgə ABŞ-dan hansısa dəstək görmür, Amerika isə öz növbəsində ölkəmizin daxili siyasi işlərinə qarışmır…

Tural Abbaslı: “Arif Hacılı Müsavatı uçuruma apardı” | RealMedia.az

Tural Abbaslı: “Artıq cəmiyyətimiz bilir ki, demokratiya və insan haqları carçılarının niyyətləri başqadır”

AĞ Partiya başqanı Tural Abbaslı deyilənlərlə qismən razılaşır: “O fikirlə tam razıyam ki, Azərbaycan siyasi səhnəsində Amerikadakı prezident seçkilərinə maraq çox aşağıdır. Bu, açıq-aydın görünən faktdır. Ancaq Amerikanın Azərbaycanla bağlı siyasətə qarışmadığı barədə fikirlərlə razı deyiləm. Çünki, Amerika elə ölkədir ki, o öz maraqları naminə dünyanın hər ölkəsinin siyasəti ilə məşğul olur. Düşünürəm ki, Amerikaya və oradakı seçkilərə Azərbaycanda maraq ona görə azalıb ki, artıq bizim cəmiyyətin onlara olan ümidləri ölüb. Həmçinin əhalimizin beynəlxalq informasiyalara çıxışlarının asanlaşması onların Amerika kimi ölkələrin əsl maraqlarının nə olduğunu görməyə imkan yaradıb. Artıq Azərbaycan cəmiyyəti bilir ki, başda Amerika olmaqla, bir çox demokratiya və insan haqları carçıları ölkələrinin niyyətləri başqadır. Həmçinin Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyəyə qalxması və bu fonda Amerika-Türkiyə münasibətləri də bu məsələyə təsirsiz ötüşməyib. Düşünürəm ki, xalqımız və siyasilərimiz dünyada baş verən ciddi siyasi problemləri izləmək və diqqətdə saxlamaqla yanaşı, öz xalqına və öz daxilinə güvənməli, ona ümid bəsləməlidir. Kənardan ağ atlı oğlanların gözlənilməsi mərhələsi bitməlidir”.

Arzuxan Əlizadə Milli İstiqlal Partiyasının sədri seçildi FOTO -  Azinforum.az İnformasiya Portalı

Arzuxan Əlizadə: “Amerikanın Azərbaycanda da iqtisadi və siyasi maraqları var”

AMİP sədri Arzuxan Əlizadə: “ABŞ-ın supergüc kimi, dünyanın hər qitəsində və istisnasız olaraq bütün dövlətlərində, o cümlədən Azərbaycanda da özünün iqtisadi və siyasi maraqları var. O səbəbdən də ABŞ-ın xeyli müddətdən bəri Azərbaycanda siyasətlə məşğul olmadığı fikri ilə razı deyiləm. Azərbaycan siyasətçiləri də bu faktoru heç bir vaxt diqqətdən kənarda saxlamamalıdırlar. Bildiyiniz kimi, AMİP partiya olaraq yarandığı dövrdən beynəlxalq əlaqələrə çox ciddi önəm verib və Amerika, həmçinin aparıcı Qərb ölkələri, bu ölkələrdə fəaliyyət göstərən siyasi təşkilatlarla sıx əlaqələrin qurulmasına nail olub. Əlbəttə ki, ilk növbədə, Azərbaycanın dövlət maraqları və milli maraqlarımız qorunmaq şərtilə. AMİP-in bu gün də BDİ çərçivəsində ABŞ-ın Respublikaçılar Partiyası ilə bir qurumda təmsil olunmaqla yanaşı, sıx ikitərəfli əlaqələrə malikdır. Və şübhəsiz ki, respublikaçıların prezidentliyə namizədi olaraq Donald Trampın 3 noyabr seçkilərində növbəti dəfə uğur qazanmasını istəyirik. Onu da nəzərə almaq lazımdır ki, demokratların namizədi olan 78 yaşlı Bayden ermənilərə olan sevgisini gizlətmir və bu üzdəniraq millətin ABŞ-dakı lobbisinin dəstəyinə böyük önəm verir. Onun vitse-prezident olaraq təqdim etdiyi şəxs Kamala Harris isə qatı ermənipərəst mövqeyi ilə seçilir. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Donald Trampın növbəti dəfə ABŞ prezidenti seçilməsi ümumilikdə bizim dövlət maraqlarımıza da uyğundur”.

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Əziz Əlibəyli: “ABŞ yeni prezidenti seçə bilməyəcək”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli çox maraqlı məqamlara toxundu: “Çox spesifik seçki baş tutacaq, həm də məhz 3 noyabrda. Düşünürəm ki, COVİD-19-un da təsiri ilə seçijilərin təxminən 70 faizi poçt üsulu ilə səs verəcək. Eyni zamanda bu proseslərin gedişində feyk firmaların prosesə birbaşa müdaxiləsi baş tutacaq. Yeri gəlmişkən, dünyada iki ən böyük feyk firmaya sahib olan ölkə Rusiya və Çindir. Hazırda düşünürəm ki, Bayden haqda quraşdırılan qalib sorğuları da onu arxayın salmaq məqsədi daşıyır. Yekunda düşünün ki, BƏƏ, Səudiyyə, Bəhreynlə birlikdə Şərqdə İsraillə yeni razılaşmaya gedilir və fərqli bir mənzərə dizayn edilir. Ərəb dünyasının parçalanmasının müqabilində və Qüdsün statusunun əvəzi kimi İsrail ABŞ-dakı seçkilərə həlledici təsir göstərə biləcək. Yəhudilərdən başqa, Tramp həm də yevangelistlərin də namizədidir. Statistikaya görə, 44 milyon seçiciyə hansısa icazə kağızı almadan avtomatik, 118 milyon seçiciyə səbəbsiz, 46 milyon seçiciyə isə COVİD səbəb göstərilmədən poçt yolu ilə səs vermə haqqı verilir. Baxmayaraq ki, Tramp poçt üsuluna qarşı çıxır, amma ən çox onun təsir imkanları var ki, nəticələrlə oynasın. Amma başqa bir sürpriz də var. ABŞ konstitusiyasına görə, prezident seçkiləri günü, andiçmə günü və Seçicilər Komitəsinin üzvlərinin seçki günü dəyişə bilməz. Poçta gələn səslər isə məhz ayın üçü səs komissiyasında olmalıdır. Görünən odur ki, bir çox bölgələrdə səslər arasında faiz yaxın olacağı üçün proses məhkəməyə gedəcək. Onu da nəzərə alsaq, Seçicilər Komitəsi 14 dekabr günü seçkilərə gedə bilməyəcək, üstəgəl, bəzi ştatlarda mitinqlər davam edir, o halda ABŞ yeni prezidenti seçə bilməyəcək. Nəticədə, ABŞ-ın yeni prezidentini ancaq yüksək ali məhkəmə müəyyən etməli olacaq”.

Gürcüstanın bu açıqlaması, dostluğa və qarşılıqllı etimada zərbədir” - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ - Hürriyyət

Məhəmməd Əsədullazadə: “Trampın hakimiyyətdə qalması ölkəmizin də maraqlarına cavab verir”

Politoloq Məhəmməd Əsədullazadə Baydenin dediklərində səmimi olmadığını qeyd etdi: “Bayden və Tramp arasında seçki çox mürəkkəb çərçivədə keçəcək. Trampın başı üzərində Rusiya qara buludlarının olması ona qarşı Bayden tərəfindən yeni ittihamların sürülməsinə gətirib çıxarır. Qeyd edim ki, son dörd il ərzində Tramp ABŞ -ın iqtisadiyyatını güclü inkişaf etdirib və Rusiyaya qarşı kəskin sanksiyaların müəllifidir. Məhz Obamanın və Baydenin Ağ Evdə olduğu illərdə Rusiya qlobal gücə çevrildi və Yaxın Şərqdə mövqelərini gücləndirdi. Ona görə də Baydenin Rusiya barədə dedikləri səmimi deyil. Onun hazırda Rusiyanın seçkilərə müdaxilə etməsi və nəticələri Trampın lehinə dəyişəcəyi kimi iddialar ortaya qoyması, sadəcə, Trampa qarşı əks-təbliğatdır. Trampın Putinə qarşı müsbət fikirləri olsa da, bu, o demək deyil ki, Putin hazırda seçkilərə müdaxilə edib, Trampı dəstəkləyəcək. 2016 seçkilərində Rusiya Trampa dəstək verib və onu dəstəkləyib. Amma sonradan Trampın tutduğu mövqe Rusiyada ona qarşı mənfi siyasət formalaşdırdı. Hesab edirəm ki, indiki kəskin rəqabət və seçki marafonunda Baydenin bu ritorikası inandırıcı deyil. Hazırda Baydenin şansı bir qədər var. Amma onun qoca olması və ABŞ iş adamları tərəfindən dəstəklənməməsi vəziyyəti Trampın xeyrinə dəyişir. Tramp həqiqətən ölkəni qlobal müstəvidə yeni bir güclü mərhələyə gətirdi. Əhalinin sosial rifahı və daxili istehsal artdı. Çinlə və digər ölkələrlə iqtisadi münasibətlərdə vəziyyət ABŞ maraqlarına uyğun dəyişdi. Belə olan təqdirdə, Trampın qələbə əldə etmək şansı var. Həmçinin, ABŞ Seçki Kollegiyası ola bilər ki, Trampın üzərində dayansın. Düşünürəm ki, Trampın hakimiyyətdə qalması ölkəmizin də maraqlarına cavab verir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”