Azərbaycanlı tanınmış iş adamı KORONAVİRUSDAN ÖLDÜ – FOTO

147

Tanınmış iş adamı Fizuli Fərəcov koronavirusdan vəfat edib.

Huriyyet.org-un məlumatına görə F.Fərəcov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ağciyərlərində problem olub.

Qeyd edək ki, Fizuli Fərəcov “Texas”, “Mohito”, “Paradise” kimi məşhur restoran və gecə klublarının sahibi olub.

2017-ci ildə isə 14 yaşlı oğlu Ağaəli Fərəcov idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili ilə Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurub. Qəza nəticəsində X.Məmmədova dünyasını dəyişib. \\News24