“Azərbaycanlı qardaşlarımızı dəstəkləməyə davam edəcəyik” – HULUSİ AKAR

60

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bu gün keçirdiyi mətbuat konfransında deyib: “Təcavüzkar mövqeyini davam etdirməkdə olan Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa, azərbaycanlı qardaşlarımıza dəstək olmağa davam edəcəyik”.

H.Akar Azərbaycan-Ermənistan sərhədində baş verən atışmalardan danışarkən söyləyib: “Ermənistanın Azərbaycanın Tovuz bölgəsində həyata keçirdiyi hücumu şiddətlə qınayırıq. Hücumu dəf edərkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılarımızın tezliklə sağalmasını, qardaş Azərbaycan xalqına başsağlığı diləyirik. Dağlıq Qarabağı qanunsuz olaraq işğal edən və illərlə təcavüzkar mövqedə durmağa davam edən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa, “bir millət, iki dövlət” deyə qəbul elədiyimiz azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək olmağa davam edəcəyik”.

Hurriyyet.org