Azərbaycanlı hakerlər Ermənistan nazirliklərinin sənədlərini ələ keçirib

51

Azərbaycan hakerləri Ermənistanın bir sıra dövlət qurumlarının saytlarını sındıraraq vacib dövlət sənədlərini ələ keçirib.

“Report” xəbər verir ki, bu barədə “Karabakh Hacking Team”  “Telegram” kanalı məlumat yayıb.

düşmənin Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin sənədləri götürülüb.

Həmçinin Ermənistan hökumətinin elektron kargüzarlıq sistemindəki sənədlər əldə edilib.

Bundan başqa, Ermənistanın Belarus Respublikasındakı səfirliyinə məxsus sənədlər toplusu Azərbaycan hakerləri tərəfindən ələ keçirilib.