Azərbaycanlı hakerlər Ermənistan nazirliklərinin sənədlərini ələ keçirdilər

84

Azərbaycan hakerləri Ermənistanın bir sıra dövlət qurumlarının saytlarını sındıraraq vacib dövlət sənədlərini ələ keçiriblər.

Bu barədə “Karabakh Hacking Team”  “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, düşmənin Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin sənədləri, həmçinin Ermənistan hökumətinin elektron kargüzarlıq sistemindəki sənədlər götürülüb.

Bundan başqa, Ermənistanın Belarus Respublikasındakı səfirliyinə məxsus sənədlər toplusu da ələ keçirilib.    //Hit