Azərbaycanlı deputatın məqaləsi ERMƏNİ MƏTBUATINDA

216

Millət vəkili Cavanşir Feyziyevin 1-2 dekabr tarixlərində Azərbaycan mətbuatında geniş yayımlanmış “Cənubi Qafqazda qlobal siyasi oyun başa çatdı” sərlövhəli məqaləsi Rusiyada da böyük marağa səbəb olmuş və elə həmin günlərdə Rusiyanın www.Novoe vremya.com, www.Kavkaz uzel.eu saytları da  məqaləni rus dilində yayımlamışdılar. Maraqlısı odur ki, həmin məqalə bu gün müstəqil erməni mətbuatında da çap olunub. Ermənistanda erməni, ingilis və ərəb dillərində yayımlanan və daxili auditoriya ilə bərabər həm də  xaricdə yaşayan diaspora ermənilərinin müntəzəm olaraq izlədiyi  “Yerepouni Daily News” erməni xəbərləri saytı deputat Cavanşir Feyziyevin məqaləsini ingilis dilində yayımlayıb.

Hurriyyet.org Modern.az-a istinadla xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən, onun səbəb və hərəkətverici qüvvələrindən bəhs olunur. Müəllif iddia edir ki, Cənubi Qafqazda bu münaqişənin mövcudluğu region ölkələrindən daha çox qlobal güc mərkəzlərinin maraqlarına xidmət edirdi və həm Azərbaycan, həm də təcavüzkar Ermənistanın özü bu münaqişənin qurbanları idilər. Bir-birinə qarşı vuruşan iki ölkə arasında fərq ondan ibarət idi ki, Azərbaycan siyasi elitası bu qlobal oyunun mahiyyətini başa düşür və ətrafında qurulmuş bu tələdən heç bir itkisiz çıxmağa çalışdığı halda Ermənistan inanılmaz bir sadəlövhlüklə qlobal güclərin köməyi ilə işğal etdiyi torpaqların rəsmən tanınmasına ümid edirdi. Müəllif qeyd edir ki, Azərbaycan siyasi rəhbərliyinin düşünülmüş praqmatik siyasəti və qətiyyəti sayəsində oyun qaydalarını pozmaq mümkün oldu və heç kimin gözləmədiyi halda, Azərbaycan qlobal güc mərkəzlərinin Cənubi Qafqaz üçün hazırladığı və həyata keçirdiyi məkrli oyundan qalib çıxa bildi.

 

Məqalənin orijinalı ilə müəllifin Facebook səhifəsində https://m.facebook.com/story.php?story_fbid=201083851491251&id=100047689129558

linkinə keçid etməklə və  “Yerepouni Daily News” saytında çap olunmuş ingilis dilli variantı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

 

https://www.newsdesk.lexisnexis.com/click/?p=aHR0cHM6Ly93d3cubmV3c2Rlc2subGV4aXNuZXhpcy5jb20vYXJ0aWNsZS80Mzk2MTIwNzkwMS5odG1sP2hsLnE9JTIySmF2YW5zaGlyK0ZleXppeWV2JTIyJmNpZD1NVEEzTlRVMSZ1aWQ9TVRNM05UUTE&a=43961207901&f=TmV3cw&s=YWxlcnQ&u=RW1pbHkuU3dhbkB3aXRoZXJzd29ybGR3aWRlLmNvbQ&cn=V2l0aGVycyBMTFA&ci=107555&i=335%7C1280&si=100982&fmi=654524435&e=WWVyZXBvdW5pIERhaWx5IE5ld3M&d=137545&t=3&h=1&mbc=Q1QzL2E9NDM5NjEyMDc5MDEmcD0xNGUmdj0xJmhsLnE9JTIySmF2YW5zaGlyK0ZleXppeWV2JTIyJng9VGxIdFg5ZnY4TnU2ZUFGRWY4QnVvZyZ1MT1ORCZ1Mj11cC11cm46dXNlcjpQQTE4NzQxMDAyMQ&fi=1127124&ai=163076&wa=1&ac=163076_1610089479000&ck=88c5aac234aecc30c38067cac1414d9c

 

Xəbəri hazırladı: