Azərbaycanlı ailənin iki üzvü qətlə yetirilib

72

Gürcüstanın Marneuli rayonunun Axlılələ kəndində ötən gecə qətl hadisəsi törədilib.

“Report”un yerli bürosu xəbər verir ki, 22 yaşlı oğlan və onun anası odlu silahla öldürülüb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib Kİ, Axlılələ kəndində törədilən qətlin üstü açılıb.

Belə ki, operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 1982 və 2004-cü il təvəllüdlü ata və oğul saxlanılıb.

Hər iki şəxs ağırlaşdırıcı hallarda qrup halında qəsdən adam öldürmə maddəsi üzrə ittiham olunurlar.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər Axlılələ kəndində qonşuluqda yaşayan ana və onun oğlunu odlu silahla ölümcül yaralayıblar.

Polis hər ikisini hadisədən qısa vaxtdan sonra saxlayıb. Ov tüfəngi maddi sübut kimi müsadirə edilib.

Ata və oğulun günahı sübuta yetirilərsə, onları 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.