“Azərbaycanla Kipri udub, Lüksemburqun büdrəməsini gözləyəcəyik”

54

“Oyuna yaxşı başladıq, baxımlı qol vurduq. Bundan sonra daha diqqətli olmalı idik”. Bu fikirləri Monteneqro yığmasının baş məşqçisi Faruk Hadzibeqiç UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda evdə Lüksemburqa 1:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Bosniyalı mütəxəssis bildiirb ki, rəqibi ciddiyə alsalar da, sonda uduzublar: “Qoy, hamı mənə təzyiq göstərsin. Amma inamlı mübarizə apardıq. Belə oyunla daha yaxşı nəticəyə layiq idik. Sadəcə, buraxılan qollara mane ola bilmədik”.

63 yaşlı Hadzibeqiç artıq pley-offa vəsiqənin taleyinin onlardan asılı olmadığını söyləyib: “Ümid edirəm ki, vəziyyəti düzəldə biləcəyik. Qrupda Azərbaycan və Kiprlə oyunlarımız qalıb. Hər iki matçda qalib gəlib, Lüksemburqun xal itirməsini gözləyəcəyik”.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra Monteneqro millisi liderliyi əldən verib.