Azərbaycanın Türkiyədəki səfirliyi qarşısında aksiya keçirlib – FOTO VİDEO

72

Azərbaycanın Türkiyədəki səfirliyi qarşısında Azərbaycana dəstək və Ermənistan hakimiyyətinin terrorçu hücumlarına etiraz aksiyası keçirlib. Bu barədə Hurriyyet.org-a aksiya təşkilatçıları məlumat verib.

Aksiyada qeyd olunub ki, Ermənistan həqiqətləri iyrənc və primitiv bir müharibə təbliğatı üsulu ilə təhrif edərək dünya ictimai rəyini çaşdırmağa çalışır: “Biz bütün insanları ədalətin və beynəlxalq hüququn yanında olmağa çağırırıq”.

Daha sonra, tədbirdə Azərbaycanın tarixi torpaqlarının işğal olunmasına dair faktlar səsləndirlib.

Qeyd edək ki, tədbir Azaflı Sosyal Yardım və Kültür Dərnəyi tərəfindən təşkil edilib.

Azərbaycan və Türkiyə bayraqları ilə şəhər boyu gəzən 100-dən çox avtomobil karvanı ankaralılar tərəfindən rəğbət və alqışlarla qarşılanıb.