Azərbaycanın İstanbula təyin olunmuş yeni baş konsulu telejurnalist olub

129

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

Hurriyyet.org Modern.az-a istinadən xəbər verir ki, N.Mustafayeva daha əvvəllər jurnalist kimi fəaliyyət göstərib.

Belə ki, o, vaxtilə 1990-cı illərin sonu, 2000-ci illərin əvvələrində ANS televiziyasında müxbir kimi çalışıb. Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanının telejurnalist daha sonralar Prezident Adminsitrasiyasının Protokol xidmətində işləyib. Nərminə xanım ailə qurandan sonra Mustafayeva soyadını götürüb.

Qeyd edək ki, 2016-2020-cı illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu olmuş Məsim Hacıyevin diplomatik xidmət müddəti başa çatıb.