Azərbaycanın işğal altındakı ərazilərində COVID-19-a yoluxanların sayı artıb

60

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 268 nəfərə çatıb.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, son sutkada Dağlıq Qarabağda COVID-19-a 7 yeni yoluxma halı qeydə alınıb.

İndiyədək xəstəlikdən sağalanların sayı 248 nəfərdir, 18 nəfərin isə müalicəsi davam edir.

Hazırda 31 nəfər karantindədir.