Azərbaycanın inkişaf strategiyası – LAYİHƏ

21

Xarici investorlarla əlaqələrin gücləndirilməsi

I Yazı

İKT üzrə texniki tərəqqi, internetin inkişafı və nəqliyyat xərclərinin azalması firmaların coğrafi cəhətdən dünyanın hər yerinə yayılmış istehsal zəncirləri yaratmasını mümkün etmişdir. Firmalar beynəlxalq biznes strategiyalarını optimallaşdırmaq və məhsuldarlığı artırmaq üçün müxtəlif yollarla – idxal, ixrac, birbaşa xarici investisiya, biznes personalının təyinatları və məlumatların köçürülməsi vasitəsilə qlobal dəyər zəncirlərində (GVC) iştirak edir. Çoxmillətli müəssisələrlə kiçik və orta müəssisələr arasındakı əlaqələri gücləndirmək üçün birbaşa xarici investisiyaların artırılması strateji imkandır Azərbaycanda yaradılan bütün şirkətlərin 95%-i, qeyri-neft sektorunda isə əlavə dəyər vergisinin cəmi 10%-i və ümumi məşğulluğun 19%-i kiçik və orta müəssisələrin hesabına düşür. Azərbaycanda kiçik və orta müəssisələri daha da inkişaf etdirmək və onların qlobal dəyər zəncirlərində iştirakını artırmaq üçün birbaşa xarici investisiyaların artırılması iqtisadiyyatın daha böyük diversifikasiyasını gücləndirmək, keyfiyyətli iş yerləri açmaq, dayanıqlı və hərtərəfli inkişafa nail olmaq üçün bir imkandır. Kiçik və orta müəssisələrin inkişafı və qlobal dəyər zəncirlərinə inteqrasiyası 2016-cı ilin Azərbaycanda Kiçik və Orta Sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üçün strateji yol xəritəsində əks olunan strateji hədəfdir.

Dinamik inkişafa doğru atılan addımlar

2018-ci ildə İƏİT tərəfindən Azərbaycanın şirkətləri arasında aparılan sorğunun nəticələrinə görə, GVC əlaqələrinin qurulması firmaların orta məhsuldarlıq göstəricisi ilə birbaşa bağlıdır. Multi-National Enterprise (MNE)-lər üçün təchizat zəncirində iştirak etməklə firmalarda istehsal olunan məhsulun keyfiyyəti, yeni texnologiyaların və praktikaların tətbiqi, və işçilər üçün daha yaxşı iş şəraitinin təminatına fayda əldə edəcəkləri gözlənilir. İş şəraitində müşahidə edilən yaxşılaşma xarici MNE-lər yerli firmalara standartlarını yüksəltməyə sövq edəcəkləri, beləliklə onların effektivliyini deyil, həm də davranışlarının təkmilləşdirilməsini təmin edəcəkdir. Qeyri-neft sektorlarında birbaşa xarici investisiyaların məhdud olması xarici investorlarla əlaqələrə mane olur. Ötən iyirmi il ərzində Azərbaycanda xarici investisiyaların həcmi artmış, 2016-cı ildə daxil olan birbaşa xarici investisiyaların ehtiyatı ÜDM-un 70%-ni təşkil etmişdir. Yeterincə potensialı olan yerli firmalar GVC-də iştiraklarınıını arttırırlar, lakin qeyri-neft sektorunda XBİ fəaliyyətləri nisbətən aşağı olması səbəbindən, xarici investorlar ilə əlaqə daha çox ticarət yolu ilə həyata keçirilir. Müsahibə olunan xarici investorların əhəmiyyətli hissəsi, bildirir ki, mütəxəssis bacarıqları da daxil olmaqla, yerli səviyyədə tələb olunan məhsul keyfiyyət standartlarıı əldə etməkdə çətinlik çəkirlər. Beləliklə, investorların fikrincə, investorla əlaqələrin zəif olması yerli şirkətlərin imkanlarının və standartlarının aşağı olması ilə əlaqədardır. Azərbaycanda KOB-lar üçün korporativ, tənzimləyici və əməliyyat mühitini, xüsusilə şirkətin qeydiyyatı və e-dövlət xidmətlərinin inkişafı ilə bağlı bir sıra addımlar atılıb. Yerli istehsalın stimullaşdırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə və beynəlxalq səviyyədə dəstəklənməsinə yönəlmiş digər islahatlar da KOB-ların GVC-lərdə iştirakını təşviq edəcəyi gözlənilir. Biznes nümuayəndələri ilə müsahibələr göstərir ki, islahat proqramı sənayenin inkişafı və ölkənin beynəlxalq imicini yaxşılaşdırmaq üzrə ciddi addımlardır lakin, bu islahat proqramının davamlılıq və uzunmüddətli olması effektivliyin artırılması baxımından vacibdir. Güclü məhkəmə sisteminin qurulması biznes əlaqələri və texnologiyaların ölkəyə gətirilməsini dəstəkləyir.

Səmərəli strateji hədəflərdən sonra gözlənilən proqnozlar

Dünya Bankının Müəssisələr arasında apardığı sorğu göstərir ki, icra prosedurlarının ölkədə təmin edilməsi xarici investorlar ölkəyə gəlib yerləşməsi üçün önəmlidir. Son on il ərzində Azərbaycanda məhkəmələin səmərəliliyinin və şəffaflığının artırılması üçün bir sıra tədbirlər həyata keçirilib, xüsusilə də məhkəmə icraatını əhəmiyyətli dərəcədə yaxşılaşdıran “elektron məhkəmə” informasiya sistemi tətbiq olunub. Bununla belə, Dünya Bankının Doing Business hesablamalarına əsasən kommersiya və investisiya mübahisələrinin həlli üçün alternativ mexanizmlərin yaradılması yolu ilə məhkəmə sistemini daha da gücləndirmək üçün imkanlar mövcuddur. Məhkəmə prosesindən kənar alternativ mübahisələrin həll edilə bilməsi xarici investorların yerli əlaqələrini daha da təşviq edəcəyi gözlənilir. Kiçik və orta müəssisələrə dəstək təşəbbüsləri əlavə xidmətlərin göstərilməsi və investorlara qayğı elementləri əlavə etməklə təkmilləşdirilə bilər. Kiçik və orta müəssisələrin qlobal dəyər zəncirlərində iştirakını artırmaq üçün hazırlanmış dəstək tədbirləri adətən təşviq tədbirlərinə, ixracatı maliyyələşdirmə vasitələrinə, təlim proqramlarına, marketinq portallarına, biznesi uyğunlaşdırma fəaliyyətlərinə, beynəlxalq səviyyədə tanınan sertifikatların əldə edilməsinə dəstək göstərilməsinə, beynəlxalq ticarət yarmarkalarında iştiraka dəstək göstərilməsinə və kiçik və orta müəssisələrin sadalana biləcəyi elektron ticarət platformalarının yaradılmasına yönəlir. Azərbaycanda KOB-lara dəstək təşəbbüsləri barədə xəbərdarlıq çox yüksəkdir, lakin təlimlərin keçirilməsi kimi daha çox intensiv dəstək formalarının istifadəsi hələ də aşağıdır və göstərilən dəstəklərin effektivliyi də fərqlidir. Bununla yanaşı, dəstək tədbirləri arasında ixracın təşviqi, ixrac portalları və ticarət sərgilərinə çox diqqət yetirilir hansı ki, bir çox yerli firmalar hələ də daxili tələbatın qarşılanması üçün çalışırlar və çox az hissəsinin xarici alıcılardan böyük sifarişləri yerinə yetirmək potensialları vardır. Ünvanlı vergi güzəştləri kiçik və orta müəssisələrlə əlaqələrin təşviqində faydalı ola bilər Azərbaycanda sənaye parklarının rezidentlərinə, hansı ki, əksəriyyəti böyük firmalardan ibarətdir, əhəmiyyətli həvəsləndirici güzəştlər təmin edilir. Bununla belə, böyük emal müəssisələri bir sıra inkişafı proqramları həyata keçirə bilər, belə ki, öz işçilərini müvəqqəti olaraq təchizatçı kiçik və orta müəssisə yönətmənlik üçün göndərə və ya digər əlaqə proqramları formaları təşviq edə bilər. Əslində, faktlar göstərir ki, korporativ investorlar kiçik və orta müəssisələrin inkişafı və biznes əlaqələrinin gücləndirilməsində əhəmiyyətli rol oynamışdır. Hökumət tərəfindən bu kimi korporativ təəbbüslər başlayan böyük şirkətlərə güzəştlər tətbiq olunması məqsədəuyğun olardı. Sənaye parkları kiçik və orta müəssisələrlə əlaqələri gücləndirmək üçün mwnasib yerlərdə yaradılmışdır Azərbaycanda fərqli rollara və müştərilərə malik həm sənaye parkları, həm də sənaye bölgələri təsis olunmuşdur. Sənaye parkları yeddi illik vergidən azad olan böyük şirkətlər qrupları üçün sektora xas birləşmələr, sənaye bölgələri kiçik və orta müəssisələr üçün güzəştli şərtlər təqdim edən sektorlararası birləşmələr/konqlomeratlardan ibarətdir və burada rezidentlik üçün müraciət edənləri digər rezidentlərlə münasibət qurmaq ehtimalına/potensialına görə seçirlər. Sənaye parklarının məqsədi dövlət tərəfindən maliyyələşdirilən böyük şirkətlər qrupları vasitəsilə sənaye sahəsi yaratmaq olduğuna görə onlar müəyyən yollarla rəqabətə mane olur və ola bilsin ki xarici investisiyaların qarşısını kəsir. Digər tərəfdən, sənaye bölgələrinin məqsədi KOB-lardan ibarət klasterlərin yaradılmasına lazım olan şəraiti təmin etməkdir. Əgər müvafiq yerli potensial artırma fəaliyyətləri də icra edilərsə, bu hədəfə çatmaq üçün bu partları məqsədəmüvafiq şəkildə yerləşdirilmiş olarlar.

Rasional münasibətlər və inkişafın sürəti 

Çoxmillətli müəssisələrlə KOB-lar arasındakı əlaqələr: Rasional və konseptual çərçivə Bu fəsildə Cənubi-Şərqi Asiya ölkələri Assosiasiyasındakı kiçik və orta müəssisələr barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə BMT-nin Sənaye İnkişafı Təşkilatının birgə araşdırması çərçivəsində yaradılmış konseptual çərçivə əsasında kiçik və orta müəssisələrin qlobal dəyər zəncirlərinə inteqrasiyasının dəstəklənməsində xarici investisiyaların əhəmiyyəti vurğulanır. Burada irəli sürülür ki, kiçik və orta müəssisələrin qlobal dəyər zəncirlərində iştirakına əsasən ticarət nöqteyi-nəzərdən baxılır və bu, kiçik və orta müəssisələrin qlobal dəyər zəncirlərində iştirak etmək məqsədilə istifadə edə biləcəyi investisiya kanallarını, yəni xarici çoxmillətli müəssisələrlə təchizat zənciri əlaqələrini izah etmək üçün çərçivə yaradır.

Bu hesabat Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılmasına dair dərin təhlil və tədqiqat sənədi deyil, lakin tədqiqatın məqsədi iqtisadiyyatın daha böyük diversifikasiyasını gücləndirmək və xüsusilə “Kiçik və Orta Sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üçün strateji yol xəritəsi”nin icrası kontekstində kiçik və orta müəssisələri daha da inkişaf etdirmək və onların qlobal dəyər zəncirlərində iştirakını artırmaq üçün birbaşa xarici investisiyaların necə artırılmasından ibarətdir.

Bu hesabatın əsas fokusu təchizatçı zəncir əlaqələri üçün daha geniş imkanlar təklif edən daha komleks dəyər zəncirlərinə inteqrasiya imkanı yaradan istehsal yönümlü investiya (pre və post-istehsalat xidmətləri), eləcə də ixrac və qlobal dəyər zəncirlərinə inteqrasiya (GVC) barəsindədir. İstehsalat dövründə ərzaq emalı sektoru nümunə tədqiqat kimi aparılmışdır, çünki Azərbaycan KOB-larının bu sektor üzrə artım və ixrac baxımından ən böyük potensialı var. Buna baxmayaraq, bu tədqiqatda kimya, toxuculuq, mebel, keramika, plastik və metal məmulatları kimi digər sahələr də əhatə olunub: bu sənayelərdə fəaliyyət göstərən firmalar haqqında məlumat biznes sorğuları yolu ilə toplanıb və hesabatda təhlil edilib. Qlobal dəyər zəncirləri KOB-un inkişafı üçün əhəmiyyətli imkandır İnformasiya və kommunikasiya texnologiyaları (İKT) və azaldılmış nəqliyyat xərcləri sahəsində əldə edilən nailiyyətlər firmalara bazar tələblərinə cavab vermək və səmərəliliyi artırmaq məqsədilə dünyanın müxtəlif yerlərinə coğrafi olaraq dağılmış istehsal zəncirləri qurmağa imkan yaratmışdır. Firmalar, beynəlxalq biznes strategiyalarını optimallaşdırmaq üçün birbaşa və bir-biri ilə əlaqəli qlobal dəyər zəncirləri (GVC) şəbəkəsinə gətirib çıxaran idxal, ixrac, birbaşa investisiyalar, kadrların təyinatı və məlumat axınlarını birləşdirirlər. Azərbaycanda KOB-lərin inkişafı üçün XBİ-dən istifadə etmək və onların GVC-larda iştirakını artırmaq iqtisadi diversifikasiyanı təmin etmək, keyfiyyətli iş yerləri yaratmaq, idxal asılılığını azaltmaq və davamlı və inklüziv inkişafa nail olmaq imkanı yaradacaqdır. Kiçik və orta sahibkarlığın inkişafı və GVC-lərə inteqrasiyası “Kiçik və Orta Sahibkarlıq səviyyəsində Azərbaycanda istehlak mallarının istehsalına dair 2016-cı ildə təsdiq olunan Strateji Yol Xəritəsində” strateji məqsəd kimi müəyyən edilmişdir.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.