Azərbaycanın Gürcüstandakı səfiri geri çağırıldı Fuad Muradovun müavini Azərbaycanın Gürcüstandakı səfiri oldu

108

Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Bu barədə Prezident İlham Əliyev dünən sərəncam imzalayıb.

İlham Əliyevin digər sərəncamı ilə Faiq Maqbet oğlu Quliyevin Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xatırladaq ki, Faiz Quliyev Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun müavini vəzifəsində çalışırdı.Hurriyyet.org