Azərbaycanın eks-müdafiə naziri bəyanat yaydı

297

Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam edərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etməkdədir.

Mövcud vəziyyətlə bağlı Azərbaycanın eks-müdafiə naziri Rahim Qazıyev Hurriyyet.org vasitəsilə bəyanat yayıb:

“Azərbaycanın rəşadətli ordusunun işğal altında olan torpaqlarımızın işğaldan azad olunmasına başlatdığı əməliyyata xeyir dua verirəm. Bütün Azərbaycan xalqı ordumuzun və dövlətimizin ətrafında yumruq kimi birləşməlidir. Şərəfsiz düşmən işğal altında olan torpaqlarımızdan rədd etdirilməli və torpaqlarımız son qarışına kimi azad edilməlidir. Hər kəs yumruq kimi birləşməlidir. Ali Baş Komandandan səfərbərlik elan etməsini xahiş edirəm.  Müharibədə iştirak etmiş qazilərimizin ön cəbhədə olmasını istəyirəm. Mənfur düşmənə hər an cavab verməyə hazırıq. Bizim şəhidlərin qarşısında qan borcumuz var və bu borcu verməyə hər an hazırıq. Müharibə ildırım sürətilə getməlidir. Aldığım məlumata görə, hazırda  ermənilər vahimədədir. Son qarış torpağımızı azad edib, erməniyə kim olduğunu göstərməliyik. Bütün müxalif partiyalar ordumuzun və dövlətimizin ətrafında sıx birləşməlidir. Allah bu yolda yardımçımız olsun. Bu məsələdə nə müxalifət, nə də iqtidar var. Burda xalqın taleyi əsas götürülməlidir. 30 ildir əsirlikdə gözləyən qız və gəlinlərimizi gözü yaşlı qoymayıb, əsirlikdən azad etməliyik. Bütün dünya bilməlidir ki, Azərbaycan xalqı torpaqlarının azad olunması uğrunda dövlətinin və ordusunun yanındadır”.