Azərbaycanın bu rayonunda da su qıtlığı yarandı

51

Saatlı rayonunun Nabat, Çolpu, Qarayev, Axundov və daha bir neçə kəndində suvarma və içməli su qıtlığı yaranıb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, sakinlər rayon rəhbərliyini su probleminin həllinə diqqət yetirməyə çağırıblar.

Yaranmış vəziyyətlə əlaqədar sakinlərlə rayon rəhbərliyi arasında görüş keçirilib. Sakinlərə problemin yaxın vaxtlarda həll olunması istiqamətində zəruri addımların atılacağına söz verilib.

Yaranmış vəziyyətlə əlaqədar Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Gündüz Səmədlinin bildirib ki, suvarma suyunun qıtlığı Kür çayında suyun səviyyəsinin kəskin düşməsi ilə əlaqədar kanallara suyun vurulmaması nəticəsində yaradıb: “Buna baxmayaraq, hazırda əraziyə maşın və texnikalar yönəldilib. Su nasosları suyun səviyyəsinə uyğun nizamlanır. Yaxın saatlarda problemin həll olunmasına çalışacağıq”.