Azərbaycanın BTİ ilə əlaqələri – LAYİHƏ

123

Ölkəmizin Beynəlxalq Telekommunikasiya İttifaqına üzvlüyündən 28 il ötür

II Yazı

Azərbaycanın beynəlxalq telekommunikasiya sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq təşkilat BMT-nin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqıdır. BTİ öz fəaliyyəti ilə hər bir şəxsin rabitə əlaqəsi yaratmaq hüququnu müdafiə edir və dəstəkləyir. BTİ BMT-nin ixtisaslaşmış agentlikləri sistemində özünəməxsus xüsusiyyətə malikdir. BTİ-nin həm ictimai, özəl sektordan olan üzvləri mövcuddur. BTİ-yə 193 üzv-dövlətlə yanaşı, akademik institutlar, tənzimləyicilər və təxminən 700 özəl şirkət üzvdür. BTİ-nin Baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. BTİ dünyada 12 regional və sahə ofislərinə malikdir. Hökumətlər  və özəl sektor arasında beynəlxalq əməkdaşlıq prinsipi əsasında yaradılan BTİ İKT sahəsinin geniş əhatəli məsələlərinin müzakirə edildiyi və konsensus əsasında həll edildiyi qlobal forumdur.

Rabitə hər bir dövlətin şah damarıdır

Son dövrlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ikitərəfli, həmçinin regional və beynəlxalq səviyyələrdə – çoxtərəfli platformalarda əlaqələr qurulmuş, beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq münasibətləri yaradılmış və ölkəmizin İKT və həmçinin telekommunikasiya, poçt və peyk rabitəsi sahələrində aparıcı ölkələr qrupuna daxil edilməsi üçün “tanınma” prosesi tamamlanmışdır.

BMT-nin İnkişaf Proqramı, BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamenti, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı, Regional Rabitə Birliyi, İKT-nin İnkişafı üzrə Qlobal Alyans, Avropa İttifaqı, Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Telekommunikasiya Peyk Rabitəsi, İntersputnik, Davos Forumu və onlarla digər beynəlxalq təşkilatlarda ölkəmizin nüfuzunun möhkəmləndirilməsinə nail olunmuşdur. Məhz beynəlxalq arenada sıx və səmərəli münasibətlərin qurulması nəticəsində ölkəmizin dünyada nüfuzu möhkəmlənib. Dünya ölkələri ilə mübadilə olunan beynəlxalq telefon, teleqraf, teleks,kanal istifadəsi və poçt rabitəsi xidmətləri üçün beynəlxalq operatorlarla müqavilələrin bağlanması və dövlətlərarası qarşılıqlı hesablaşmaların aparılması; Dünya ölkələrinin rabitə operatorları ilə beynəlxalq telekommunikasiya və poçt xidmətləri üçün tətbiq olunan hesablaşma qiymətlərinin Beynəlxalq Telekommunikasiya İttifaqının və Ümumdünya Poçt İttifaqının qaydaları əsasında birja qiymətləri ilə müəyyənləşdirilməsi və razılaşdırılması;Beynəlxalq telekommunikasiya operatorları və poçt təşkilatları ilə koordinasiya edilməsi; Dünya ölkələri arasında birbaşa peyk və fiber-optik rabitə kanallarının yaradılması üzrə texniki-iqtisadi əsaslandırmaların hazırlanması; Rabitə kanallarından səmərəli istifadə edilməsi üçün beynəlxalq çıxış telefon trafikinin marşrutlandırılması üzrə Trafik Marşrutlandırma Planının hazırlanması və S-12 beynəlxalq stansiyasında tətbiq edilməsi üçün tədbirlərin görulməsi; Xarici ölkələrdən və respublikada fəaliyyət göstərən xarici ölkələrin səfirliklərindən Rabitəvə Yüksək Texnologiyalar Nazirliyinə gələn qonaqlarla Nazirlikdə və ya BƏHM-də keçirilən görüşlərinprotokol və təşkilatı məsələlərin həlli; Beynəlxalq rabitə kanallarından səmərəli istifadə edilməsi üçün Avtomatlaşdırılmış İş Yerindən trafikmü badiləsinə gündəlik nəzarətin edilməsi; Azərbaycanla dünya dövlətləri arasında birbaşa istiqamətlər üzrə mübadilə olunmuş terminal giriş-çıxış və tranzit telefon trafikinin ayrıntılı analizinin aparılması; Birbaşa və tranzit ölkələrdən aylıq trafik məlumatların alınması, Azərbaycanın S-12 beynəlxalq stansiyasınıntrafik məlumatları ilə hər ay üzrə müqayisə olunması.

Rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq

2013-cü ildən etibarən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının “İqtisadi inteqrasiya və Avropa İttifaqı siyasətinə uyğunlaşma” platforması çərçivəsində ŞT Proqramına üzv olan 6 ölkənin rəqəmli bazarlarının Avropa İttifaqı ölkələrinə uyğunlaşdırılması məqsədilə “Rəqəmli bazarların harmonizasiyası” təşəbbüsü həyata keçirilməyə başlanıb. 2015-ci ilin iyun ayında Lüksemburqda üzv ölkələrdə rəqəmli bazarlarda mövcud vəziyyətə dair müzakirələr aparılıb və tədbirin yekununda Birgə Bəyannamə qəbul edilib. Bəyannamədən irəli gələrək Avropa Komissiyasının  “İqtisadi inteqrasiya və Aİ-nin siyasətinə uyğunlaşma” platforması çərçivəsində Rəqəmli bazarların uyğunlaşdırılması paneli təsis olunub. 18-19 noyabr 2015-ci il tarixində Brüssel şəhərində rəqəmli bazarların uyğunlaşdırılması panelinin ilk iclası keçirilib. Rəqəmli bazarların uyğunlaşdırılması paneli çərçivəsində 2016-2017-ci illər üçün Təbirlər Planında Azərbaycan tərəfi elektron gömrük prioritet istiqaməti üzrə ŞT Proqramına daxil olan ölkələr arasında əsas icraçı, kiçik və orta sahibkarlar üçün elektron ticarət istiqaməti üzrə isə Belarus tərəfi ilə birgə əsas icraçı seçilmişdir.  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təklif olunan “İKT yönümlü texnoparklar arasında əməkdaşlıq üçün regional şəbəkənin yaradılması” layihəsi Tədbirlər Planına daxil edilib. 05-06 oktyabr 2016-cı il tarixlərində Brüssel şəhərində Azərbaycan tərəfinin koordinator olduğu “İnnovasiya və tədqiqat üçün İKT infrastrukturu” istiqaməti üzrə tədbir keçirilib. 17-18 oktyabr 2016-cı il tarixlərində Brüsseldə Avropa Komissiyasının rəqəmli iqtisadiyyat və cəmiyyət üzrə komissarı Günter Ottingerin, ŞT ölkələrinin müvafiq nazir və ya nazir müavinlərinin iştirakı ilə Nazirlər Toplantısı və HDM Panelin növbəti iclası keçirilib. Tədbirdə HDM Panel çərçivəsində EU4Digital şəbəkəsinin yaradılması elan edilmiş, tədbirlər planı qəbul edilmiş və toplantının sonunda Rəqəmli Cəmiyyət üzrə Bəyannamə oxunub. 2012-ci ilin sentyabr ayında ŞT çərçivəsində yaradılan Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi ŞT ölkələri ilə Aİ-yə ölkələrinin elektron rabitə tənzimləyicilərini birləşdirən Elektron Rabitə üzrə Avropa Tənzimləyiciləri (BEREC) arasında əməkdaşlıq mexanizmlərini müəyyən edən Anlaşma Memorandumu imzalanıb. Azərbaycan EaPeReg çərçivəsində “müşahidəçi” qismində fəaliyyətini davam etdirir.

“Azerspace-1” peykinin vəd etdiyi üstünlüklər:

Ümumi üstünlüklər:

İqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı;

İnformasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi; Yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi; Nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması; Regional və beynəlxalq nüfuzunun genişləndirilməsi; İKT üzrə regional mərkəzə çevrilməsi; Ölkə iqtisadiyyatının telekommunikasiya xidmətlərinə olan ehtiyacının ödənilməsinin təmin edilməsi və telekommunikasiya infrastrukturun inkişaf etdirilməsi;  Teleradio yayım və rabitə xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformaları;

Ölkənin ən ucqar yaşayış məntəqələrində belə internetə qoşulmanın, elektron hökumət, təhsil, səhiyyə və digər xidmətlərin həyata keçirilməsininin təmin edilməsi;

Ölkənin mümkün informasiya blokadası riskindən qorunması və informasiya mövqelərinin möhkəmlənməsi; Telekommunikasiya peyki xidmətlərinə görə xarici ölkələrə ödənilən maliyyə axınının Azərbaycan iqtisadiyyatına yönəldilməsi və peyk tutumlarının xaricə satılması.

Spesifik üstünlüklər:

Peyk rabitəsinin əhəmiyyəti. (Alternativlik rabitə üçün vacib məqamdır və ölkəmizdə hazırkı rabitə infrastrukturuna yeganə alternativ olaraq peyk rabitəsinin əhəmiyyəti böyükdür. Azərbaycan kimi dağlıq ərazilərdə yerləşən ölkələrdə yüksək keyfiyyətli və nisbətən daha ucuz başa gələn rabitə əlaqəsinin təmin edilməsi üçün peyk rabitəsinin əhəmiyyəti böyükdür); Peykin istismara verilməsi bütün ölkə ərazisinin keyfiyyətli və sürətli internet xidmətləri ilə təmin edilməsinə əlavə təkan verəcəkdir;

Peykin istismara verilməsi nəticəsində xərclərin azalması ilə əlaqədar rabitə xidməti tariflərinin mümkün azalması müşahidə olunacaqdır; Peyk ölkə ərazisində rəqəmli televiziya yayımının daha yüksək keyfiyyətlə təşkilini mümkün edəcək, yüksək keyfiyyətli televiziya (HD) yayımının təşkilinə dəstək olacaqdır; Peyk ən ucqar məntəqələri belə əhatə etməklə, dövlət ilə vətəndaşlar arasında maneəsiz qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə sisteminin yaradılması və “Elektron hökumət”in daha üstün keyfiyyətlə təşkili üçün vacib infrastruktur olacaqdır;

Peyk rabitəsi ölkəmizdə məsafədən (distant) təhsil və e-səhiyyə xidmətlərinin təşkilinə əlavə dəstək verəcəkdir; Peyk mürəkkəb geoloji və coğrafi mövqeyə malik ölkə ərazisində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına və fövqəladə hadisələrin daha səmərəli idarə edilməsinə töhfə verəcəkdir.

Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin inkişaf səviyyəsini əks etdirən bəzi mühüm göstəricilər aşağıdakılardır:

BTİ-nin 11 oktyabr 2012-ci il tarixində dərc olunmuş “İnformasiya cəmiyyətinin ölçülməsi 2012” adlı ənənəvi məcmuədə “İKT inkişaf göstəricisi”nə görə 155 ölkə arasında 68, “İKT qiymət səbəti göstəricisi”nə görə isə 161 ölkə arasında 52-ci yerə yüksəlmişdir; BTİ-nin “İKT verilənlər və statistika” (1960-2011) bazasında internet göstəricilərinə görə Azərbaycan son illər regionda birincidir. 2012-ci ilin statistik məlumatlarına əsasən, Azərbaycan əhalisinin 67%-i internetə qoşulmuş, 30%-i geniş zolaqlı internet abunəçiləridir; Dünya İqtisadi Forumunun “The Global Information Technologies Report 2013” hesabatında Azərbaycan “şəbəkə hazırlığı göstəricisi”nə görə 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlmişdir; Dünya İqtisadi Forumunun “Global Competitiveness 2013-2014” hesabatında “Qlobal rəqabət qabiliyyəti göstəricisi”nə görə Azərbaycan 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 39-cu yeri tutmuşdur.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.