Azərbaycanı dəstəklədiyi üçün Türkiyə ilə hərbi ticarətini dayandıran Kanadaya sərt cavab

102

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Kanadanın Azərbaycanın öz torpaqlarını işğaldan azad eləmək üçün apardığı haqlı mübarizəni bəhanə edərək, bəzi hərbi məhsulların Türkiyəyə ixracını dayandırmaqla ikili standartlar nümayiş etdirdiyini bəyan edib.

Nazirliyin açıqlamasında deyilir: “Kanadanın Azərbaycanın 30 il ərzində Ermənistanın işğalı altında qalan torpaqlarını azad eləmək üçün apardığı haqlı mübarizəni bəhanə edərək, bəzi hərbi məhsulların ölkəmizə ixracına icazələri təxirə salması ilə bağlı bəyanatı bu ölkənin ikili standartlı yanaşmasının göstəricisidir”.

Türkiyə XİN-in bəyanatında deyilir: “Kanadanın bu əsrin ən böyük bəşəri faciələrindən birinin baş verdiyi Yəməndəki böhrana hərbi müdaxilə edən ölkələrə silah ixrac eləməkdə heç bir əngəl qoymadığı halda və BMT mütəxəssisləri tərəfindən hazırlanan hesabatlarda belə tənqid hədəfi olan bu silah satışlarını regional təhlükəsizliyə yardım kimi təqdim elədiyi halda, bir NATO müttəfiqinə müdafiə məhsullarını ixracı əngəlləməsini heç nə ilə izah etmək olmaz”.