Belarus Səhiyyə Nazirliyi Azərbaycanı sakinləri Belarusa gəldikdən sonra karantindən keçməli olan dövlətlər siyahısından çıxarıb.
Karantindən “azad olunanlar” sırasında, həmçinin Tanzaniya, Şri-Lanka, Monqolustan və Fici yer alıb.
Buna qədər adıçəkilən ölkələrin vətəndaşları Belarusa gəldikdən sonra iki həftə özlərini təcrid etmək məcburiyyətində qalırdı./report.az/