Azərbaycandakı Rusiya vətəndaşları səs verir

75

İyulun 1-də Rusiyada Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçiriləcək.

Bununla bağlı Azərbaycanda yaşayan Rusiya vətəndaşlarının bu səsvermədə iştirak etmələri üçün bu ölkənin Bakıdakı səfirliyində seçki məntəqəsi yaradılıb.

Seçki komissiyasının müvafiq qərarına uyğun olaraq, həmin məntəqədə səsvermə iyun ayının 25-i, 26-sı, 29-u, 30-u saat 15-dən 18-dək aparılır. Məntəqəyə gələnlərin koronavirusla bağlı qüvvədə olan maska taxmaq, sosial məsafə gözləmək və s. qaydalara əməl etmələri vacibdir./report/