Azərbaycanda xüsusi karantin rejiminin müddəti BU TARİXƏDƏK UZADILDI – RƏSMİ QƏRAR

168

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar verib. 

Hurriyyet.org-un xəbərinə görə, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılıb.