Azərbaycanda virusdan sağalanlar yoluxanları ötdü – 38 nəfər öldü

291

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 124 yeni yoluxma faktı qeydə alınıb, 4 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hurriyyet.org-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 191 460 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 nəfər vəfat edib, aktiv xəstə sayı 62 308 nəfərdir.

Ölkədə son sutka ərzində 17 426 hazırkı dövrədək isə 2 016 003 test aparılıb.

Azərbaycanda 4 124 nəfər COVID-19-a yoluxub, 4 205 nəfər sağalıb, 38 nəfər vəfat edib