Azərbaycanda Türk iş adamları və xeyriyyə təşkilatlarından ərzaq yardımı

48

Azərbaycanda fəaliyyət göstərən türk iş adamları və xeyriyyə təşkilatları Ramazan ayı və yeni növ koronavirus epidemiyası ilə əlaqədar ərzaq yardımı göstəriblər.

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan nümayəndəliyi Ramazan ayının ilk günlərində yeni növ koronavirus (Kovid-19) epidemiyasından zərər görən yaşlı, aztəminatlı və ehtiyacı olan 800 ailələyə ərzaq və təmizlik ləvazimatları paylayıb.

MÜSİAD-ın Azərbaycan nümayəndəliyinin vitse-prezidenti Sait Yinanç iş adamları olaraq ehtiyac sahiblərinə köməklik göstərməyi özlərinə borc bildiklərini və buna görə yardım kampaniyası başlatdıqlarını söyləyib.

O, yardım fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb.

Digər tərəfdən, türk xeyriyyəçiləri tərəfindən qurulan və uzun illərdir Bakıda fəaliyyət göstərən Gəncliyə Yardım Fondu (GYF) tərəfindən 1000 ailəyə həm qida, həm də təmizlik ləvazimatları olan yardım bağlamaları paylanıb.

GYF-nin prezidenti Əhməd Tecim hər il qardaşlıq və paylaşma ayı olan Ramazan ayında GYF olaraq humanitar yardımlarını artırdıqlarını bildirib.

Ə.Tecim qeyd edib ki, bu il xüsusilə epidemiya səbəbiylə küçəyə çıxa bilməyən 65 yaşdan yuxarı insanlar başda olmaqla, ehtiyacı olanlara yardım göstərirlər.

Bütün dünyanın epidemiya təhlükəsindən qısa müddətdə xilas olmasını ümid edən Ə.Tecim Türkiyədən yardım göndərən xeyriyyəçilərə minnətdarlığını bildirib.

Hurriyyet.org