Azərbaycanda tanınmış iş adamı yol qəzasında öldü – VIDEO

198

Abşeron rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovun idarə etdiyi “NİSSAN” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılmış vəziyyətdə qalan sürücünün meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, qəzada ölən Zəkəriyyə Poladov “Azenko” MMC-nin direktorudur.

Faktla bağlı araşdırma aparılır.