Azərbaycanda tanınmış gitaraçı oğlu tərəfindən qətlə yetirildi- YENİLƏNİB

81

Ağcabədi rayonundan olan tanınmış gitara ifaçısı Nofəl Süleymanov ov tüfəngi ilə qətlə yetirilib.

Musavat.com-a bu barədə aparıcı Mikayıl Gülməmmədov məlumat verib.

O, musiqiçinin oğlu tərəfindən vurulduğunu bildirib:

“Dünən danışmışdıq. Dedi, sabah rayona yollar açılır, Ağcabədiyə gedəcəm. Səhər yola düşüblər. Ova getməyi sevirdi. 4 övladı vardı. Böyük oğlu yeniyetmədir. Deyib ki, ov tüfəngini gətir. Ehtiyatsızlıqdan yarımmetrdən tüfəngdən atəş açılıb. Biz də şokdayıq. Qisməti belə imiş. Allah rəhmət eləsin”.

Qeyd edək ki, Nofəl Süleymanov “Space” telekanalında Mikayıl Güləddinoğlunun aparıcılıq etdiyi “Sevimli şou” verilişində gitara ifaçısı idi.

Könül,
Musavat.com