Azərbaycanda son sutkada 1703 nəfər koronavirusa yoluxub –4359 nəfər sağalıb, 36 nəfər vəfat edib

306

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1703 yeni yoluxma faktı qeydə alınıb, 4359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 211764 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 160245 nəfər müalicə olunaraq sağalıb, 2416 nəfər vəfat edib, aktiv xəstə sayı 49103 nəfərdir.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Ölkədə son sutka ərzində 13300, hazırkı dövrədək isə 2129291 test aparılıb.