Azərbaycanda son iki həftədə koronavirusdan 14 nəfər ölüb

48

“Azərbaycanda epidemioloji vəziyyəti nəzarətdə saxlaya bilsək sağalanların sayında ciddi artım əldə edə bilərik”.

Hurriyyet.org-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R. Bayramlı qeyd edib ki, ötən həftə 365 nəfər virusdan sağalaraq evə buraxılıb:

“Vəfat edənlərin sayına gəlincə, ötən həftə bu rəqəm 7 idisə, bu həftə də daha 7 nəfər təşkil edir”.