Azərbaycanda sağalma yoluxmanı 4 dəfə üstələdi – 32 nəfər öldü

294
Female doctor talking with patient along coworker in ICU. Man is lying on bed amidst essential workers. Healthcare workers are in protective workwear.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1064 yeni yoluxma faktı qeydə alınıb, 4127 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hurriyyet.org-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

 Azərbaycanda indiyədək ümumilikdə 218 700 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 184 422 nəfər müalicə olunaraq sağalıb, 2 641 nəfər vəfat edib, aktiv xəstə sayı 31 637 nəfərdir.

Ölkədə son sutka ərzində 10 209 hazırkı dövrədək isə 2 195 466 test aparılıb.