Azərbaycanda polis bıçaqlandı – FOTO

54

Bərdə rayonunda polis əməkdaşı və bir qadın bıçaqlanıb.

Hadisə bu gün rayonun Qaradəmirçi kəndində baş verib.

Bərdə Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, 1985-ci il təvəllüdlü Məmmədov Eşqin Rəhbər oğlu bıçaqlanıb. Onunla birgə bir qadın da bıçaq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Polis əməkdaşının bıçaqlanmasının təfərrüatları məlum olub. Rayon sakini Elçin Cəfərov bacısı Vüsalə Cəfərovanı münaqişə zəminində bıçaqlayıb. Bu zaman polis əməkdaşları müdaxilə edib və E.Cəfərov polis Eşqin Məmmədovu da bıçaqlayıb./qafqazinfo/