Azərbaycanda nazir müavini işdən çıxarıldı

105

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Hurriyyet.org xəbər verir ki, sərəncama əsasən, Emin Hüseyn oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib.

Xatırladaq ki, aprelin 27-də Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Suliddin Əliyev də işdən çıxarılıb. Onun yerinə isə Daşqın Hidayət oğlu Rəhimov təyinat alıb.