Azərbaycanda müəllim müsahibəyə dağdan qoşuldu – Video

60

Yardımlı rayon Arvana kənd tam orta məktəbinin coğrafiya müəllimi Tural Zəkili onlayn müsahibəyə qatıla bilmək üçün dağın başına çıxıb.

Bu barədə məlumatı və videonu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov paylaşıb.

Qeyd edək ki, Koronavirus pandemiyasına görə mayın 4-dən etibarən respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələr keçirilir. \\Axar