Azərbaycanda məhbuslar arasında koronavirusa yoluxma varmı? – RƏSMİ

30

Cəzaçəkmə müəssisələrində məhbuslar koronavirusa görə test ediliblər.

Hurriyyet.org-un məlumatına görə, bunu bu gün keçirilən onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində bununla bağlı məsələ ciddi nəzarətdə saxlanılır:

“Cəzaçəkmə müəssisələrində məhkumların koronavirusa qarşı testi keçirilib. Bu bütün məhbuslara tətbiq edilməyib. Hərarəti olan məhbuslar dərhal nəzarətə götürülərək koronavirusa görə test edilib. Lakin heç bir məhbusda koronavirus aşkar edilməyib”./modern.az/