“Azərbaycanda kütləvi yoluxma hallarının qarşısı alınıb” – İLHAM ƏLİYEV

51

“Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilib. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilib”.
Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa (COVID-19) qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” (United against COVID-19) mövzusunda Zirvə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda həyata keçirilən bütün tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıb. Belə ki, son 3 həftə ərzində ölkədə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamika müsbətdir.

“Əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsini, xəstələrin sağalma dinamikasını nəzərə alaraq xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə həyata keçirilir. Xüsusi karantin rejimi mayın 31-dək uzadılsa da, tətbiq edilən bir sıra məhdudiyyətlər aprelin 27-si və mayın 4-dən etibarən yumşaldılır”, -deyə Prezident vurğulayıb.